Bank Of Baku

“Əli və Nino” romanının urdu dilində nəşri aşkar olunub

“Əli və Nino” romanının urdu dilində nəşri aşkar olunub
# 06 dekabr 2007 09:58 (UTC +04:00)
İndiyədək 28 dilə tərcümə olunmuş “Əli və Nino” romanının urdu dilində nəşri aşkarlanıb. 70 il əvvəl yazılmış və Azərbaycanla bağlı olan romanın urdu dilindəki nəşri “Azerbaijan İnternational” jurnalının baş redaktoru Betti Bleyer tərəfindən tapılıb. Jurnaldan APA-ya verilən məlumata görə, əsər bu dilə Səttar Tabir tərəfindən ingilis dilindən tərcümə olunub və Pakistanda Lahorun Məqbul Akademiyası tərəfindən 1993-cü ildə çap edilib. Betti Bleyer 2004-cü ildən romanın tərcümələrini toplamağa başlayıb. Əvvəlcə nəşrlərin yalnız 6 dildə olduğu aşkarlansa da, araşdırmalar nəticəsində bu rəqəmin artdığı məlum olub. Ən son tədqiqatlara görə, hazırda roman dünyanın aparıcı dilləri ilə yanaşı, çin, fin, serb, İsveç, yapon, benqal, İndoneziya, macar və s. dillərdə işıq üzü görüb. Tədqiqatlar nəticəsində həmçinin o da məlum olub ki, roman ərəb, benqal, latın, gürcü, fars, kiril, ivrit, yapon və yunan əlifbalarında çap edilib. Romanın urdu dilindəki nəşrinin gec qeydə alınmasının səbəbi isə kitabın “Sevgi haqqında dörd hekayə” adlanması olub. “Sevgi haqqında dörd hekayə”də “Əli və Nino” romanı ilə yanaşı, Brik Seqal, Viktor Hüqo və Fransua Saqanın əsərləri də yer alıb və kitab ərəb əlifbası ilə çap edilib. Nəşrin tapılması Pakistan səfirliyinin Bakı ofisinin köməyi ilə mümkün olub.
Xatırladaq ki, 1937-ci ildə Avstriyada alman dilində Qurban Səid imzası ilə çap olunan “Əli və Nino” romanında hadisələr Bakıda cərəyan edir və süjet xəttinin əsasını azərbaycanlı Əli ilə gürcü qızı Ninonun məhəbbət macərası təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR