İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

 İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub
# 19 aprel 2016 09:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəmşid Manafovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Cəmşid Manafov 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan C. Manafov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Manafov Cəmşid Qərib oğlu idarə etdiyi avtomobili aşırıb. Nəticədə avtomobildə olan Əliyeva Gülnarə Əlirza qızı və oğlu Orxan Əliyev ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR