Dmitri Kiselyov: “Qərbin Azərbaycana tənqidləri prezident Əliyevin müstəqil siyasəti ilə bağlıdır"

Dmitri Kiselyov: “Qərbin Azərbaycana tənqidləri prezident Əliyevin müstəqil siyasəti ilə bağlıdır"
# 10 noyabr 2015 09:45 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Avropa və Asiya Media Forumunda çıxış edən “Rossiya Seqodnya” İnformasiya Agentliyinin baş direktoru, tanınmış jurnalist Dmitri Kiselyov deyib.

Onun sözlərinə görə, Qərb dairələri tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin və mənfi münasibətin əsas səbəbi prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müstəqil siyasət yeritməsidir: "Azərbaycan günü-gündən inkişaf edir. Onun Avropaya inteqrasiya və NATO-ya qoşulmama siyasəti Qərb tərəfindən qəbul edilmir. Bu gün Azərbaycan əksər Avropa ölkələrindən daha müstəqil və suveren xarici siyasət yürüdür. Baxaq Avropa ölkələrinə, Böyük Britaniyaya... Bu ölkələr belə demək mümkünsə ABŞ-ın ayaqları altına uzanıblar. Bu ölkələrin xarici siyasətində ABŞ-ın mövqeyi əsas götürülür. Azərbaycan isə bu ölkələrdən fərqli olaraq müstəqil xarici siyasət yürüdür və ona görə də bir çox hallarda Qərbin haqsız təzyiqlərinə məruz qalır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR