MDB PA missiyasının rəhbəri: “Sәsvermә üçün hər şey yaxşı tәşkil olunub”

MDB PA missiyasının rəhbəri: “Sәsvermә üçün hər şey yaxşı tәşkil olunub”
# 01 noyabr 2015 05:56 (UTC +04:00)

APA-nın mәlumatına görә, müşahidә missiyasının rәhbәri Leonid Slutski seçki mәntәqәsinin sәsvermә prosesinә hazırlığını müşahidә etdiklәrini bildirib.

“Seçki dairәsinin sәdri, müşahidәçilәr və sәsvermәyә gәlәnlәrlә danışdıq. Qeyd etmәliyәm ki, seçki təcrübəsində özünü başqası ilә deyil, özünün bir neçә әvvәlki seçki təcrübənlə müqayisә etmәlisәn. İndi baş çәkdiyimiz birinci seçki mәntәqәsindә hәr şey sәsvermәyә gәlәn insanların, komissiyada çalışanların rahatlığı üçün tәşkil edilib. Biz sәsvermә kabinәlәrini, daşınan vә daşınmayan seçki qutularının möhürlәnmәsindә, sәs vermәyә gәlәnlәrin qeydiyyata alınması prosesini izlәdik. Nәinki iradımız yoxdur, hәtta hәr şeydәn razıyıq. Bütün detallar ciddi şәkildә nәzәrә alınıb. Azәrbaycanlılara arzulayıram ki, öz vәtәndaş hüquqlarından istifadә edәrәk seçki mәntәqәlәrinә gәlsinlәr vә namizәdlәrinә sәs versinlәr", - deyə o vurğulayıb.


Xatırladaq ki, sözügedәn seçki mәntәqәsindәki seçici siyahısında 1289 nәfәrin adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR