Beyləqan, Ağdam və Bərdədə səsvermə keçirilir - FOTOSESSİYA

Beyləqan, Ağdam və Bərdədə səsvermə keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 01 noyabr 2015 09:33 (UTC +04:00)

Qarabağ. Ziya Əmirxanlı - APA. 81 saylı Beyləqan seçki dairəsində 39544 seçici 6 namizəd arasından seçim edəcək. DSK-nın sədri Zakir Vəlişov APA-nın Qarabağ bürosuna bildirib ki, 45 məntəqədə səsvermə aparılır və onların arasında “N” saylı hərbi hissə də var.

Səsvermənin gedişini qeydiyyatdan keçmiş 270 yerli müşahidəçi və MDB müşahidə missiyasının 2 üzvü izləyir. 5 məntəqədə kameralar quraşdırılıb, 6 məntəqədə Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi və “AJF & Associates İnc” şirkəti “exit-poll” keçirir.

82 saylı Ağcabədi DSK-nın sədri Nadir Qurbanov isə dairə üzrə 49 məntəqədə səsvermə keçirildiyini, 47241 seçicinin 2 min nəfərdən çoxunun hərbçi olduğu deyib. 8 namizədin mübarizə apardığı seçki prosesini 470 yerli müşahidəçi izləyir. 7 məntəqədə quraşdırılan veb-kameranın köməkliyi ilə səsvermə prosesini birbaşa izləmək mümkündür. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 3 məntəqədə “exit-poll” keçirir.

84 saylı Füzuli DSK-nın sədri Ramiz Teymurov dairə üzrə 47852 seçicinin 73 məntəqədə səs verəcəyini söyləyib. Bu məntəqələrdən 2-si hərbi hissələrin ərazisində fəaliyyət göstərir. 25 seçki məntəqəsi ölkənin 12 rayon və şəhərində yerləşir. 7 məntəqədə veb-kamera quraşdırılıb. 4 məntəqədə Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirir.

Bərdə rayonunda qeydiyyatda 87694 nəfər seçici var. Səsvermə 2 dairə - 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd dairəsi üzrə keçirilir. 93 saylı DSK-nın sədri Şakir Əliyev bildirib ki, dairə üzrə 50 məntəqə mövcuddur, bunların ikisində hərbçilər səs verəcək. 11 məntəqədə veb-kamera quraşdırılıb. Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” keçirir. 94 saylı Bərdə kənd dairəsi üzrə isə 54 məntəqə var. Bunların 5-də veb-kamera quraşdırılıb.

118 saylı Ağdam Şəhər Dairə Seçki Komissiyasının sədri Ramiz Səfərov DSK-nın Ağdamın Quzanlı qəsəbəsində yerləşdiyini, lakin əhatə etdiyi 46 məntəqənin respublikanın müxtəlif şəhər və rayonlarında yerləşdiyini deyib. Qeydiyyatda 34 442 nəfər seçici var. 410 müşahidəçi qeydiyyatdan keçib. 577 nəfər ilk dəfə parlament seçkilərində iştirak edəcək.

119 saylı Ağdam Kənd Dairə Seçki Komissiyasının sədri Rövşən Şükürov isə 45 məntəqədə, o cümlədən hərbi hissələrdə səsvermənin təşkil olunduğunu, ümumilikdə seçici siyahılarına 41 min 629 seçicinin adının daxil edildiyini söyləyib. Seçkilərin gedişini 447 nəfər müşahidəçi izləyir. İki seçki məntəqəsində kamera quraşdırılıb və 4 məntəqədə “exit-poll” keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR