Sabahdan Bakı-Sumqayıt marşrutu üzrə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək

Sabahdan Bakı-Sumqayıt marşrutu üzrə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək
# 14 sentyabr 2015 16:42 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşrutu üzrə hərəkət edəcək.

Onun sözlərinə görə, elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib.

Qatarlar Bakı sərnişin stansiyasından saat 5:10, 5: 30, 6:50, 16: 00, 17: 25, 18: 25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 6:40, 7: 10, 7:55, 17:10, 18:30, 19:30 və 20: 30-da yola düşəcək.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turniketlər quraşdırılıb. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür. Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR