Azərbaycanda yeni müəssisələrin 70%-dən çoxu Bakı və Abşeron ərazisində yaradılıb

Azərbaycanda yeni müəssisələrin 70%-dən çoxu Bakı və Abşeron ərazisində yaradılıb
# 13 iyul 2016 11:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-iyun aylarında ölkədə 4 362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yeni müəssisə və təşkilatların 63,1%-i Bakıda, 11%-i Aran, 7,7%-i Abşeron, 4,7%-i Lənkəran, 4,5%-i Gəncə-Qazax, 3,9%-i Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, bu ilin 6 ayında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48 911 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5% artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR