"Holcim (Azərbaycan)" "BMC Construction" şirkətini məhkəməyə verib

"Holcim (Azərbaycan)" "BMC Construction" şirkətini məhkəməyə verib
# 25 may 2016 07:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Holcim (Azərbaycan)" ASC "BMC Construction" MMC-ni məhkəməyə verib.

"APA-Economics" xəbər verir ki, iyunun 7-də saat 10:30-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "Holcim (Azərbaycan)" ASC-nin "BMC Construction"a qarşı iddiası üzrə məhkəmə baxışı keçiriləcək.

"Müflisləşmə və iflas haqqında" qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə, bu barədə kreditorlara xəbər verilməsi üçün ərizəçi məhkəmə baxışının tarixinə ən gec 7 gün qalanadək məhkəmə baxışı haqqında rəsmi dövrü mətbu nəşrdə 2 dəfə elan dərc etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR