NATO-Gürcüstan birgə təlim və qiymətləndirmə qərargahının tikintisi başlayıb

NATO-Gürcüstan birgə təlim və qiymətləndirmə qərargahının tikintisi başlayıb
# 08 sentyabr 2016 09:15 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflis yaxınlığındakı Krtsanisi Milli Təlim Mərkəzində NATO-Gürcüstan birgə təlim və qiymətləndirmə qərargahının binasının tikintisinə başlanıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Müdafiə naziri Levan İzoria yeni tikilən binanın bünövrəsini qoyub. O, jurnalistlərə açıqlamasında layihənin NATO-Gürcüstan dəstək paketində göstərilən 13 təşəbbüsdən biri olduğunu bildirib: “Bu layihə NATO-Gürcüstan dəstək paketindəki 13 təşəbbüsdən ən vacibdir. Bizim NATO ittifaqına üzv olan ölkələrlə keçiriləcək vacib təlimlərlə bağlı böyük ambisiyalarımız var. Eyni zamanda bu mərkəz tərəfdaş ölkələrin nümayəndələri ilə müəyyən əməliyyatların həyata keçirilməsinə, müdafiə bacarıqları və imkanlarının qiymətləndirilməsinə şərait yaradacaq”.

Xatırladaq ki, sentyabrın 7-də Tiflisdə Şimali Atlantika Şurasının və NATO-Gürcüstan Komissiyasının iclasları keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR