Bakı - APA-Economics. “NBC Bank” ASC-nin 19 noyabr 2014-cü il tarixdə AZ1007005757 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin yerləşdirilmə müddəti 19 noyabr 2015-ci il tarixinə qədər uzadılıb.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar sözügedən səhmlərin emissiya prospektinin 15-ci bəndinə aşağıdakı dəyişikliklər edilib və həmin dəyişikliklər QKDK tərəfindən nəzərə alınıb:
“Səhmlərin yerləşdirilməsi 19 noyabr 2015-ci il tarixində başa çatacaq”.
Səhmlərin alışında maraqlı olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər.
Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.