Türkiyənin Milli Təhlükəsizilik Təşkilatının (MİT) sədri Hakan Fidanla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, tərəflər arasında Yaxın Şərqdə və Şimali Afrikada gərginliyi azaltmaq, böhran vəziyyəti ilə bağlı atılacaq addımlar müzakirə olunub.