Ötən ay Azərbaycanda 54 nəfər qidadan zəhərlənib, bir uşaq ölüb

Ötən ay Azərbaycanda 54 nəfər qidadan zəhərlənib, bir uşaq ölüb
# 09 fevral 2017 13:07 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 31 qida zəhərlənməsi faktı qeydə alınıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev məlumat verib. O bildirib ki, hadisələr nəticəsində 44 nəfər zərər çəkib.

N. Feyzullayevin sözlərinə görə, ötən ay qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 10 nəfər zəhərlənib. Botulizmdən bir nəfər - 6 yaşlı uşaq ölüb: “Ölüm hadisəsi Şəmkir rayonunda qeydə alınıb. Belə ki, ev şəraitində hazırlanan pomidor turşusundan bir ailə zəhərlənib, onlardan 2010-cu il təvəllüdlü Hüseyn Namazov zəhərlənmədən ölüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR