“Həqiqətin fəlsəfəsi” kitabı işıq üzü görüb

“Həqiqətin fəlsəfəsi” kitabı işıq üzü görüb
# 21 oktyabr 2016 12:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Akademik Əhəd Canəhmədovun “Həqiqətin fəlsəfəsi” kitabı işıq üzü görüb. APA-nın məlumatına görə, “Apostroff” nəşriyyatı tərəfindən çap olunan, traktat janrında yazılan əsər müəllifin kainat, zaman, məkan və yaranış haqqında düşüncələrinin və araşdırmalarının məhsuludur.

Naşiri Akif Dənzizadə olan “Həqiqətin fəlsəfəsi” əsərinin redaktoru və ön sözün müəllifi Zakir Abbas, rəyçi yazıçı-dramaturq Samir Sədaqətoğludur. Tribologiya və tribotexnika sahəsində mütəxəssis olan akademik Əhəd Canəhmədovun 1946-cı ildə Xızı rayonunun Baxşılı kəndində anadan olub. Ə. Canəhmədov tribologiya elmi sahəsində Azərbaycanın ilk elmlər doktorudur. 2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında "Nəqliyyat mexanikası" kafedrasının müdiridir. 2006-cı ildə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib. 2011-ci ildən Akademiyanın vitse-prezidentidir.

1995-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 1997-ci ildə akademiki, 1998-ci ildə Gürcüstan Milli Akademiyasının akademiki, 2012-ci ildə Ukrayna Mühəndislik Akademiyasının həqiqi üzvü, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.

Həmin il Rusiya Mühəndislik Akademiyasının akademiki seçilib və adı “Rusiya Mühəndislik Akademiyası” Ensiklopediyasına salınıb. 1998-ci ildə İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən gümüş medalla, 2000-ci ildə isə qızıl medalla təltif olunub və “XX əsrin görkəmli elm adamı” fəxri adına layiq görülüb.

2013-cü ildən Londonda nəşr olunan “SAEQ” elmi-texniki jurnalının baş redaktorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR