Kənd Təsərrüfatı Nazirliyi vahid elektron xidmətlər sistemi yaradır

Kənd Təsərrüfatı Nazirliyi vahid elektron xidmətlər sistemi yaradır
# 03 sentyabr 2015 15:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi “Lisenziyaların reyestri”, “Elektron xidmətlər” alt sistemləri və “Elektron xidmətlər portalını” özündə birləşdirən vahid elektron xidmətlər sisteminin hazırlanması məqsədilə iş və xidmətlərin təkliflər sorğusu üsulu ilə satınalınmasını nəzərdə tutur.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaq. Malgöndərən (podratçı) tərəfindən təklif olunan mallar, iş və xidmətlərin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə alınmaqla göstərilməlidir. Yerinə yetiriləcək iş və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir.

Təkliflər qapalı zərfdə, imzalanıb möhürlənərək 14 sentyabr 2015-ci il tarixində saat 16:00-a qədər Ü. Hacıbəyli küç. 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755 ünvanına təqdim olunmalıdır. Qiymət təklifləri 14 sentyabr 2015-ci il tarixində saat 17:00-da Ü. Hacıbəyli küçəsi 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 722 ünvanında açılacaq.

Maraqlanan təşkilatlar (012) 493-08-84 nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR