Astarada 28 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

Astarada 28 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb
# 30 mart 2018 11:40 (UTC +04:00)

Astarada yıxılaraq kəllə-beyin travması alan şəxs xəstəxanada ölüb.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Motlayataq kəndində baş verib. Qohumlarının evinə qonaq gələn 1990-cı il təvəllüdlü Əlyar Bəxtiyar oğlu Nurəliyev telefonla danışan zaman, pilləkəndən yıxılıb. Baş nahiyəsindən xəsarət alan Ə. Nurəliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Ə. Nurəliyevin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Mərhum ailəli olub, bir övladı var. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR