Gəncədə inzibati binada, Abşeronda yük maşınında yanğın olub

Gəncədə inzibati binada, Abşeronda yük maşınında yanğın olub
# 12 may 2015 21:25 (UTC +04:00)

Bakı-APA. Gəncədə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Gəncənin Nizami rayonunda ümumi sahəsi 300 kv.m olan inzibati binada baş verib. Nəticədə binanın dam örtüyündə quraşdırılmış işıqlandırma qurğusunun elektrik tənzimləyicisi və çıxış kabeli 0,5 p.m yanıb. İnzibati bina yanğından mühafizə olunub.

Bundan başqa Abşeron rayonunun Masazir qəsəbəsində vətəndaşa məxsus "Volkswagen" markalı yük avtomobilində yanğın baş verib. Nəticədə maşının banına yığılmış məişət tullantıları 6 kv.m sahədə yanıb. Avtomobil yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR