Avropa İttifaqı Rusiyanı etiraz aksiyalarında saxlanılan şəxsləri azad etməyə çağırıb

Avropa İttifaqı Rusiyanı etiraz aksiyalarında saxlanılan şəxsləri azad etməyə çağırıb
# 27 mart 2017 10:28 (UTC +04:00)

Avropa İttifaqı Rusiyanı bazar günü ölkə miqyasında keçirilmiş etiraz aksiyaları zamanı saxlanılan bütün şəxsləri azad etməyə çağırıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Aİ Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə səsləyib. Bəyanatda bildirilir ki, Rusiya polisi aksiya zamanı Rusiya Federasiyası Konstitusiyasında təsbit olunmuş əsas hüquqların icrasına maneçilik törədib.

Qeyd edək ki, martın 26-da Moskvada və Rusiyanın digər iri şəhərtlərində müxalifətçi Aleksey Navalnının çağırışı ilə korrupsiyaya qarşı mübarizə tələbləri ilə kütləvi aksiyalar keçirilib. Təkcə paytaxtda polis tərəfindən saxlanılan aksiya iştirakçılarının sayı min nəfəri ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR