Gürcüstanın daxili işlər nazirinin sabiq müavini Odessa vilayətinin polis rəisi təyin edilib

Gürcüstanın daxili işlər nazirinin sabiq müavini Odessa vilayətinin polis rəisi təyin edilib
# 08 iyun 2015 20:54 (UTC +04:00)

Bakı-APA. Qiya Lordkipanidze Ukrayna DİN-in Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi təyin edilib.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Q.Lordkipanidze Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın daxili işlər nazirinin müavini vəzifəsini tutub.

Bu yaxınlarda Odessa vilayətinin qubernatoru vəzifəsinə gətirilən M.Saakaşvili korrupsiya ilə mübarizə məqsədi ilə hüquq-mühafizə orqanlarında kadr dəyişikliyi həyat keçirəcəyini bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR