Dünya birjalarında qızıl ucuzlaşıb

Dünya birjalarında qızıl ucuzlaşıb
# 20 iyun 2017 07:23 (UTC +04:00)

Amerika fond bazarında Dow Jones indeksi 0,68% - 21 528,99 bəndədək, S&P 500 0,83% - 2 453,46 bəndədək, NASDAQ isə 1,42% - 6 239,01 bəndədək bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,81% - 7 523,81 bəndədək, Almaniya DAX-ı 1,07% - 12 888,95 bəndədək, Fransa CAC-40-ı isə 0,90% - 5 310,72 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,10 dollar ucuzlaşaraq 1 246,60 dollara, gümüş isə 0,02 dollar bahalaşaraq 16,53 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR