Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Avqust

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Avqust
# 08 avqust 2015 17:15 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

İranın nüvə proqramına dair altılıq ölkələri ilə imzalanan sazişi tarixi səhv hesab edən İsrail Tehranı hava zərbələri ilə hədələyir. Uzun müddətdir İranda varlıq göstərməyən PKK yenidən fəallaşır və polis məntəqəsinə hücum edərək 20 nəfəri öldürür. Hər kəsin artıq üzərindən xətt çəkdiyi İŞİD birdən-birə canlanır, Suriyada şəhər ələ keçirir və 230 nəfəri girov götürür. PKK və İŞİD bir-biri ilə döyüşən fərqli terror təşkilatları olsalar da, düşmənləri eynidir - İran və Türkiyə. İsrail və İŞİD ən azı din faktoruna görə bir-birinə düşmən qüvvə sayılsa da, hər ikisi Əsəd rejiminin devrilməsində, Suriyanın parçalanmasında maraqlıdır. İsrail və PKK arasında ilk baxışdan bağlılıq olmasa da, PKK İsrailin İraqı parçalamaq planlarına tam cavab verən xətt yürüdür. Maraqların üst-üstə düşürsə, demək təsadüflər təsadüf, düşmənlər düşmən, dostlar isə dost deyil. İsrail müdafiə nazirinin İranı hədələməsi fonunda terror təşkilatlarının aktivləşməsi, Türkiyə və İran üçün təhdid mənbələrinin kim tərəfindən formalaşdırıldığını aşkar göstərir. Görünən dağa bələdçi lazım deyil...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR