Tramp Şimali Koreyanın vədlərindən danışıb

Tramp Şimali Koreyanın vədlərindən danışıb
# 10 mart 2018 23:31 (UTC +04:00)

KXDR rəhbərliyi danışıqlar dövründə nüvə sınaqlarının keçirilməyəcəyinə dair vəd verib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Tvitter” hesabında yazıb.

“Şimali Koreya 2017-ci ilin noyabrın 28-dən bu vaxtadək nüvə sınaqları keçirməyib və görüşlərimizin keçiriləcəyi dövrdə də bunu etməyəcəyini vəd edib”, - deyə D.Tramp qeyd edib.

ABŞ prezidenti KXDR-in vədinə əməl edəcəyinə inandığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR