Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 16 sentyabr 2014 22:38 (UTC +04:00)

APA-nın Apaspot.az saytına istinadən verdiyi xəbərə görə, qitənin 32 ən güclü komandası ilk oyunlarını keçirib.

İki gün davam edəcək qarşılaşmaların ilk oyunlarda isə azarkeşlər yalnız 16 matç izləyə bilib.

Bu görüşlərdən ən maraqlısı D qrupunda baş tutub. Burada qardaş ölkə Türkiyənin “Qalatasaray” klubu doğma publika önündə Belçika “Anderlext”ini qonaq edib. “Cim-Bom” start oyunda qələbə qazana bilməyib. Hesabda geri olan istanbullular əlavə edilmiş 1-ci dəqiqədə məğlubiyyətdən xilas olub - 1:1..

Bu qrupun əsas favoritləri Dortmund “Borussiya”sı ilə İngiltərə “Arsenal”ı Almaniyada münasibətlərinə aydınlıq gətirib. Görüşdə ev sahibləri rəqibinə heç bir şans verməyib. Hər hissədə bir dəfə "topçular"ı cəzalandıran Jurgen Klopun yetirmələri 3 xal qazanmağı bacarıb.

Gecənin ən bol qollu oyunu isə Madriddə baş tutub. "Bazeli" qəbul edən "Real" rəqibi meydana çıxmağa peşman edib - 5:1.

Digər matçlarda isə “Olimpiakos” “Atletiko”nu 3:2, “Yuventus” “Malmö”nü 2:0, “Liverpul” “Ludoqorets”i 2:1, “Zenit" “Benfika” 2:0 və "Monako” "Bayer”i 1:0 hesabı ilə üstələyib.

Çempionlar Liqası
I tur
16 sentyabr


A qrupu
“Olimpiakos” (Yunanıstan) – “Atletiko” (İspaniya) - 3:2
Qollar: Masuaku, 13, Afellay, 31, Mitroğlu, 73 - Mandzukiç, 38, Qriezmann, 87

“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) - 2:0
Qollar: Teves, 59; 90

B qrupu
“Real” (İspaniya) – “Bazel” (İsveçrə) - 5:1
Qollar: Suki, 14-avtoqol, Beyl, 30, Ronaldo, 31, Xames, 37, Benzema, 80 - Qonzales, 38

“Liverpul” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) - 2:1
Qollar: Balotelli, 82, Cerrard, 90+3 - Abalo, 90+1


C qrupu
“Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) - 0:2
Qollar: Hulk, 5, Vitsel, 22

“Monako” (Fransa) – Bayer” (Almaniya) - 1:0
Qol: Moutino, 61


D qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə) - 2:0
Qollar: İmmobile, 45, Aubameyanq, 48

“Qalatasaray” (Türkiyə) – “Anderlext” (Belçika) - 1:1
Qollar: Burak, 90+1 - Praet, 53



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR