Arseniy Yatsenyuk: “Ukraynanın neytral ölkə statusu ləğv olunacaq”

Arseniy Yatsenyuk: “Ukraynanın neytral ölkə statusu ləğv olunacaq”
# 09 dekabr 2014 14:17 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Ukraynanın “bloklara qoşulmama” statusu ləğv olunacaq. Eyni zamanda daxili və xarici siyasi xətlə bağlı yeni qanun qəbul edəcək”.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib.

"Vaxtilə ruslara rüşvət kimi qəbul edilən bu qanun (“bloklara qoşulmama”) ləğv olunmalıdır. Ukrayna daxili və xarici siyasi xətlə bağlı yeni qanunlar qəbul edəcək, habelə ölkənin neytral statusu ləğv olunacaq. Ukrayna ordusu NATO standartlarına uyğunlaşdırılmalıdır“, - deyə o vurğulayıb.

A. Yatsenyuk hökumətin Ukrayna-NATO tədbrilər planını hər il təsdiqləyəcəyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR