Gəncədə iki maşın toqquşub, bir nəfər ölüb, bir nəfər ağır xəsarətlər alıb - VİDEO

Gəncədə iki maşın toqquşub, bir nəfər ölüb, bir nəfər ağır xəsarətlər alıb - <span style="color: red;">VİDEO
# 08 noyabr 2014 06:45 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 7 radələrində şəhərin Şah İsmayıl Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində qeydə alınıb.

Şəhər sakini, 1984-cü il təvəllüdlü Vüqar Qasımovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Sürahil Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub.

Qəza nəticəsində V. Qasımov ölüb, S. Həsənov müxtəlif bədən xəsarətləri alıb. Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan S. Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Qəza yerinə FHN-in xilasediciləri də cəlb edilib.

Onlar V. Qasımovun “VAZ 2106”-da sıxılıb qalmış meyitini xüsusi alətlər vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR