İki nəfəri zəhərləyib öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib

İki nəfəri zəhərləyib öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib
# 26 sentyabr 2014 13:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanovun məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək A. Qəhrəmanova bəraət verilməsini xahiş edib. O, bildirib ki, A. Qəhrəmanov günahkar deyil.


Proses oktyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, ötən proses zamanı dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.


İttihama görə, Aydın Qəhrəmanov qeyr-rəsmi nikahda yaşadığı Aidə Yəhyayevanın bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək istəyib. Bunun üçün o, Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. Aidəyə yuxugətirici adı ilə müxtəlif dərmanlar içirib. Həmin vaxt evdə olan Aidənin bacısı qızı Samirə də həmin dərmanlardan istifadə edib. Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, onları xilas etmək mümkün olmayıb. Vəziyyətdən istifadə edən A. Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanov adlı şəxsə satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR