Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
APA xəbər verir ki, test imtahanları 18 iyula kimi ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.
Test imtahanında namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.
Müsabiqənin növbəti mərhələlərinə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər buraxılacaqlar.