İranda zavodda uçqun baş verib, ölənlər var

İranda zavodda uçqun baş verib, ölənlər var
# 03 oktyabr 2016 15:23 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Behbahan şəhərində yerləşən sement zavodunda uçqun baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Dağıntılar altında bir nəfər qalıb. Xilasedicilər onu xilas etməyə çalışır. Hadisəyə səbəb kimi zavodda təmir işləri ilə bağlı quraşdırılmış dəmir qurğuların aşması göstərilir.

Behbahan sement zavodu Xuzestan əyalətində yerləşir və ölkənin ən böyük sement zavodlarından biri sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR