“Taliban”çıların girov götürdüyü helikopterin heyət üzvləri azadlığa buraxılıb

“Taliban”çıların girov götürdüyü helikopterin heyət üzvləri azadlığa buraxılıb
# 13 avqust 2016 10:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Əfqanıstanda “Taliban” hərəkatının üzvləri tərəfindən avqustun 4-də girov götürülmüş Pakistana məxsus Mİ-17 helikopterinin heyət üzvləri azadlığa buraxılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nafiz Zakariya deyib. O bildirib ki, 6 nəfərdən ibarət heyət bu gün Pakistana gətirilib. Təhvilvermə Əfqanıstan-Pakistan sərhədində baş tutub. Bütün heyət üzvlərinin sağlam olduğu deyilir.

Xatırladaq ki, avqustun əvvəlində Pakistana məxsus Mi-17 helikopteri Əfqanıstan ərazisində qəza enişi edib. Helikopterin göyərtəsində biri rus olmaqla 6 nəfər olub. Onlar “Taliban” hərəkatının üzvləri tərəfindən əsir götürülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR