“Azərsun Holding” uşaqlar və yeniyetmələr üçün növbəti aksiya keçirir

“Azərsun Holding” uşaqlar və yeniyetmələr üçün növbəti aksiya keçirir
# 30 sentyabr 2015 09:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsun Holding”ə məxsus “Sun” markası uşaqlar və yeniyetmələr arasında gigiyenanın təbliği məqsədi ilə növbəti aksiyaya start verib.

APA-Economics”in məlumatına görə, “Sun” bu məqsədlə Bakının 11 rayonunda fəaliyyət göstərən orta məktəbləri əhatə edəcək layihənin reallaşdırılmasına başlayıb.

“Azərsun Holdinq”in rəsmisi Ellada Şiriyeva tədbirdə qeyd edib ki, reallaşdırılan layihənin məqsədi uşaqlara kiçik yaşlardan təməl şəxsi gigiyena vərdişlərini aşılamaq, valideynləri mövcud təhlükələr haqda bir daha məlumatlandırmaq və sağlamlığa önəm verən nəsil yetişdirməkdir. O vurğulayıb ki, orta məktəblərdə gigiyena tədrisi 1-3 sinifləri əhatə edəcək: “Bununla bağlı məktəblərdə “Gigiyena tədrisi” proqramı da hazırlanıb. Buna məqsəd məktəbli uşaqları öz şəxsi gigiyenasına diqqət verməsinə yönəlib. Qarşıda məqsəd regionları da əhatə etmək planı da var”.

Azərbaycanda gigiyena ilə bağlı çoxsaylı tədris və maarifləndirici kitabların müəllifi, professor Maqsud Qasımov isə bildirib ki, “Sun” markası 20 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərir: “Marka ölkəmizin ilk yerli istehsallardan olan yerli markadır. Məhz ilk yerli kağız markası olma “Sun”un sağlam nəsil yetişməsindəki rolunu daha da rolunu daha da gücləndirir, məsuliyyətini artırır.”

O deyib ki, “Sun” markasının istehsal olunduğu “Qafqaz Kağız Sənaye” müəssisəsi günü-gündən fəaliyyətini genişləndirir: “Zavoda yeni avadanlıqlar alınıb. Alınan kağız istehsal edən maşınlar dünyada iki-üç kağız istehsal edən şirkətlərin istehsal edən maşınlardır”.

Professor qeyd edib ki, sağlamlığın qeydinə qalması üçün azyaşlıların hər gün çantasında yaş və quru cib dəsmalları olmalıdır: “Ayaq yoluna getdiyi zaman mütləq şəkildə tualet kağızı tələb etməlidirlər və ya çantalarındakı yaş və quru cib dəsmallarından istifadə etməlidirlər”.

Qeyd edək ki, 2008 və 2010-cu illərdə “Sun” markası tərəfindən reallaşdırılan “Gigiyena tədrisi” layihəsi minlərlə məktəblini əhatə edib, yeniyetmələrin və məktəblərin maariflənməsinə mühüm töhfə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR