İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb

İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb
# 03 sentyabr 2016 02:08 (UTC +04:00)

Bakı-APA. Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın “Cənub” hava limanına aparılacaq. Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR