Talassemiya Mərkəzində müalicə alan xəstələrin sayı açıqlanıb

Talassemiya Mərkəzində müalicə alan xəstələrin sayı açıqlanıb
# 24 fevral 2016 09:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Hazırda Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatda olan 2576 xəstə müalicə alır”.

APA-nın xəbərinə görə, bunu Respublika Talassemiya Mərkəzinin (RTM) direktoru Ceyhun Məmmədov deyib.


O bildirib ki, ötən il ərzində RTM-ə 19 147 müraciət daxil olub. Bunlardan 1998 ilkin müraciət etmiş şəxslərin 195-i dispanser qeydiyyata götürülüb.

C. Məmmədov qeyd edib ki, 2014-cü ildə ölkədə ilk dəfə allogen-qohum sümük iliyi transplantasiya əməliyyatı uğurla həyata keçirilib: “2014-cü ildə 10, 2015-ci ildə 15 əməliyyat keçirilib. Eyni zamanda, Mərkəzin laboratoriyasında talassemiya xəstələrinə proqram üzrə nəzərdə tutulmuş laborator müayinələr olunur. 2015-ci ildə orta aylıq müayinələrin sayı 2150 olub”.

Direktor əlavə edib ki, talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə ötən ilin iyun ayından nikaha girən cütlüklərin müayinəsi yüksək səviyyədə təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR