Təhsil və tibb müəssisələrində sanitariya-gigiyena qaydalarını və epidemiya əleyhinə rejimi pozanlar cərimələnəcək

Təhsil və tibb müəssisələrində sanitariya-gigiyena qaydalarını və epidemiya əleyhinə rejimi pozanlar cərimələnəcək
# 19 dekabr 2015 10:01 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı yeni İnzibati Xətalar Məcəlləsində yeni maddə təsbit olunub.

Yeni məcəllənin 216-cı maddəsinə görə, təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena qaydalarının və epidemiya əleyhinə rejimlərin pozulmasına görə 200 manatdan 300 manata qədər cərimə tətbiq olunacaq.

Qeyd edək ki, hazırkı İnzibati Xətalar Məcəlləsində belə cəza nəzərdə tutulmur.

Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR