Mədəniyyət və Turizm Nazirliyinin saytı Milli Net Mükafatına layiq görülüb

Mədəniyyət və Turizm Nazirliyinin saytı Milli Net Mükafatına layiq görülüb
# 18 dekabr 2015 12:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin “www.mct.gov.az” rəsmi internet saytı Milli Net Mükafatına layiq görülüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sayt mükafatının “Elektron hökumət Nominasiyası” üzrə III yerə layiq görülüb.

Müsabiqədə 14 nominasiya üzrə 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Səsvermə üç istiqamət üzrə iki mərhələdə keçirilib.

Milli İnternet Mükafatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəyi və Azercell şirkətinin baş sponsorluğu ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR