Nazir Hüseyn Bağırov Daşkəsəndə görüş keçirib

Nazir Hüseyn Bağırov Daşkəsəndə görüş keçirib
# 08 fevral 2016 14:20 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, görüşdə Daşkəsəndə sosial-iqtisadi, ətraf mühitin mühafizəsi, meşələrin qorunması və inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu rayonda qeyri-neft sektorunun, xüsusilə, dağ mədən sahəsinin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Həmçinin nazir bildirib ki, Daşkəsənin dağlarında bir çox xəstəliklərin müalicəsində istifadə olunan bitkilər var ki, onların toplanaraq qablaşdırılması və satışı rayona gəlir gətirə bilər. Görüşdə şikayət və təkliflər dinlənilib. Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan, hazırda istifadəsiz qalan torpaqların aztəminatlı ailələrə müvəqqəti olaraq verilməsi məsələsinə toxunulub. Görüşdə rayon ərazisində əhalinin məşğulluğunun artırılması məqsədilə 30-dan çox vətəndaşın çalışacağı tingliyin yaradılması qərara alınıb.

Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi yerindəcə öz həllini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR