Gömrük Akademiyasında elmi-praktiki konfrans keçirilib

Gömrük Akademiyasında elmi-praktiki konfrans keçirilib
# 30 noyabr 2015 09:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında “Beynəlxalq ticarət münasibətlərində iqtisadi-hüquqi aspektlərin öyrənilməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

DGK mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Akademiyanın müəllim və tələbələri ilə yanaşı, ölkənin digər elm ocaqlarından da alimlər iştirak edib.

Konfransın açılışında çıxış edən DGK sədrinin müavini Şahin Bağırov Akademiyanın fəaliyyət göstərdiyi 2 il ərzində müxtəlif sahələrdə uğurlar əldə etdiyini və bu konfransın da ölkənin elmi həyatına öz töhfəsini əsirgəməyəcəyinə əminliyini bildirib.

Ş.Bağırov hazırda dünyada gedən iqtisadi proseslər, bu proseslərdə gömrük orqanlarının rolu və gömrük orqanlarının işinin təşkilinə elmi yanaşmalardan bəhs edərək konfransı bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib.

Daha sonra konfransda “Ümumdünya Gömrük Təşkilatının rəhbər sənədlərinin təhlili və mal göndərişləri üzrə gömrük administrasiyalarının qarşılıqlı fəaliyyətinin müvafiq idarəetmə sisteminin struktur seçilməsi”, “İqtisadi qloballaşma və beynəlxalq ticarət”, “Azərbaycan Respublikası iqtisadi inkişafının Konstitusiya əsasları”, “Qloballaşma şəraitində beynəlxalq ticarətin yerli istehlak bazarına təsiri”, “Elektron gömrük konsepsiyasında süni-neyron şəbəkələr nəzəriyyəsinin tətbiqi” və digər mövzularda Akademiyanın müəllim, müdavim və tələbələri məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR