Ərdoğan Kamal Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib

Ərdoğan Kamal Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib
# 20 yanvar 2016 13:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan 100 min lirə təzminat tələb edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub. CHP lideri yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi “Tvitter” hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirib.

Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətinin alçaldan ifadələrin olduğu iddia olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR