İsmayıllıda yol qəzası baş verib, xəsarət alan var

İsmayıllıda yol qəzası baş verib, xəsarət alan var
# 13 aprel 2016 20:18 (UTC +04:00)

Bakı-APA. İsmayıllı-Qəbələ yolunun 8-ci kilometrliyində “Grand-Tiger” və “Qazel” markalı avtomobilləri toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə “Grand-Tiger” avtomobilində olan 1 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN-nin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib. Əməliyyat saat 20:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR