Füzuli rayonu ərazisində partlamamış tank mərmisi aşkarlanıb

Füzuli rayonu ərazisində partlamamış tank mərmisi aşkarlanıb
# 22 sentyabr 2016 16:18 (UTC +04:00)

Bakı - APA. ANAMA tərəfindən Füzuli rayonunda partlamamış hərbi sursat aşkarlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, rayonun Alıxanlı kəndində əkin sahəsinə baxış zamanı 125 mm-lik 1 ədəd partlamamış tank mərmisi (OF-26) aşkar edilərək götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 22 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 482 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR