"AccessBank" iri şirkəti maliyyələşdirəcək

"AccessBank" iri şirkəti maliyyələşdirəcək
# 18 aprel 2016 11:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "AccessBank" Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə həyata keçirdiyi birgə maliyyələşdirmə layihəsi çərçivəsində uzun müddət əməkdaşlıq etdiyi "Eurohome" şirkəti ilə ilk kredit müqaviləsini imzalayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "AccessBank" Azərbaycanda yeni inşaat bazarlarının inkişaf etdirilməsi məqsədilə EBDR ilə birlikdə "Eurohome" şirkətini maliyyələşdirəcək.

“Biz yaxın tərəfdaşımız və təsisçimiz olan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə icra etdiyimiz birgə maliyyələşdirmə layihəsini alqışlayırıq. Bu layihə təşkilatlarımız arasında sıx əməkdaşlığı əks etdirir. "Eurohome" Azərbaycanın inşaat materialları bazarının güclü və təcrübəli iştirakçısıdır. Birgə maliyyələşdirmə xətti üzrə dəstəklənən layihə iqtisadi cəhətdən gərgin dövrdə uzaqgörən sərmayə qoyuluşunun bariz nümunəsidir", - deyə "AccessBank"ın İdarə Heyətinin sədri Mihael Hofman (Michael Hoffmann) bildirib.

EBRD-nin Bakı ofisinin rəhbəri Neyl Makkeyn isə "AccessBank" ilə birlikdə "Eurohome" şirkətini dəstəkləməkdən məmnunluğunu ifadə edib: "Özəl qeyri-neft sektoru üçün mürəkkəb olan hazırkı dövrdə iqtisadiyyatı diversifikasiya etmək məqsədilə rəqabətqabiliyyətli, müstəqil şirkətlərlə əməkdaşlığı davam etdirmək çox əhəmiyyətlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR