Rusiyanın Saxalin vilayətində sutka ərzində 10 zəlzələ baş verib

Rusiyanın Saxalin vilayətində sutka ərzində 10 zəlzələ baş verib
# 15 oktyabr 2015 02:56 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Saxalin vilayətində, Kuril adaları yaxınlığında son sutka ərzində 10 zəlzələ qeydə alınıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların ən güclüsü 5,6 bal gücündə, Severo Kurilsk şəhərindən 200 km cənub-qərbdə, 45 km dərinlikdə qeydə alınıb.

Eyni bölgədə bir-birinin ardınca daha 8 zəlzələ olub. Bundan əlavə, İturup adasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Yerli FHN-nin məlumatına əsasən, sunami təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR