Yəməndə toy mərasiminə aviahücum nəticəsində ölənlərin sayı 131-ə çatıb

Yəməndə toy mərasiminə aviahücum nəticəsində ölənlərin sayı 131-ə çatıb
# 29 sentyabr 2015 12:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Yəmənin cənub-qərbində toy mərasiminin hərbi aviasiya tərəfindən 2 dəfə bombalanması nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, ölənlər arasında qadınlar və uşaqlar da var.

Hadisə sentyabrın 28-də baş verib. “Associated Press”in xəbərinə görə, hava hücumu Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirilib. Səudiyyə Ərəbistanı rəhbərliyi isə aviazərbələrlə koalisiya qüvvələrinin heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Yəmən hökuməti aviazərbələrin səhvən baş verdiyini və hədəfin qiyamçı husilərin mövqeləri olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR