Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Lerik Broyler” MMC-nin “Azərişıq” ASC-yə qarşı şikayəti üzrə məhkəmə başa çatıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, şirkət borcun silinməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı-İnzibati iqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etmədiyindən şirkət apellyasiya şikayəti verib.