Bəşər Əsəd terrorçuluqla mübarizədə yardıma görə Rusiyaya minnətdarlığını bildirib

Bəşər Əsəd terrorçuluqla mübarizədə yardıma görə Rusiyaya minnətdarlığını bildirib
# 14 mart 2016 19:49 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı terrorçuluqla mübarizədə genişmiqyaslı dəstəyə və humanitar yardıma görə Rusiyaya dərin minnətdarlığını bildirib. APA-nn “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Rusiya aviasiyasının Suriya ərazisində İŞİD-ə qarşı əməliyyatlarına ötən ilin sentyabrın 30-da start verilib.

Qeyd edək ki, Vladimir Putin bundan əvvəl Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR