Gəncədə “Toyota Prado” işıqforda dayanmış “KamAZ”-a çırpılıb

Gəncədə “Toyota Prado” işıqforda dayanmış “KamAZ”-a çırpılıb
# 23 aprel 2016 07:43 (UTC +04:00)


Gəncə. Azər Məmmədli - APA. Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Fazil oğlu Əhmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobil işıqforda dayanan “KamAZ”-a vurub.

Toqquşma nəticəsində xəsarət alan A. Əhmədov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR