Gədəbəydə 6 otaqlı ev yanıb

Gədəbəydə 6 otaqlı  ev yanıb
# 28 avqust 2016 18:08 (UTC +04:00)

Bakı-APA. Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gədəbəy rayonu, Çiçəkli kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları, ev əşyaları 104 m2 sahədə və bitişik yerləşən ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 m2sahədə yanıb.


Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR