Tərtərdə beşotaqlı evdə yanğın olub

Tərtərdə beşotaqlı evdə yanğın olub
# 23 sentyabr 2016 07:10 (UTC +04:00)

Bakı-APA. Bu gecə Tərtər rayonu, Dəmirçilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 5 otaqlı olan evin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR