Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb
# 23 may 2016 09:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Fərhad Ocaqnavinin idarə etdiyi “Ford” markalı və Emil Məhərrəmovun idarə etdiyi “Mazda ” markalı avtomobillər toqquşub.

Nəticədə E.Məhərrəmovun sərnişinlərindən 1956-cı il təvəllüdlü Mikayıl Makraqus xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini Emil Əlizadə, habelə F.Ocaqnavi və sərnişini Ənvər Mirzəyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR