Binali Yıldırım: "Bu həftə Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı baş tuta bilər"

Binali Yıldırım: "Bu həftə Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı baş tuta bilər"
# 27 iyun 2016 23:09 (UTC +04:00)

Bakı-APA. Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tuta bilər.

APA-nın məlumatına görə, bu barədə Türkiyə baş naziri Binali Yıldırım özünün “Tvitter” səhifəsində yazıb.

"Türk və rus xalqları bu böhranın əleyhinədir. İyunun 29-u və yaxud 30-da prezidentimiz cənab Putin ilə telefon danışığı aparacaq", B.Yıldırım yazıb.

“TRT Haber”də qatıldığı canlı yayımda Binali Yıldırım Rusiya prezidenti Vladimir Putinə ünvanlanan məktubdan da danışıb: “Prezidentimizin məktubunun məzmunu çox açıqdır. Biz bu məsələdən dərin üzüntülərimizi bildirdik. Təyyarə ilə bağlı insidentdə həyatını itirənlərin ailələrinə baş sağlığı dilədik. Lazım olsa təzminat verəcəyimizi vurğuladıq. İki ölkə arasında əlaqələrin bundan sonra normala dönməsinin vacibliyini qeyd etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR