Böyük Britaniya Rusiyadan ukraynalı pilot Nadejda Savçenkonu azad etməyi tələb edib

Böyük Britaniya Rusiyadan ukraynalı pilot Nadejda Savçenkonu azad etməyi tələb edib
# 05 mart 2016 04:28 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Rusiyadan ukraynalı pilot Nadejda Savçenkonu azad etməyi tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Lidinqton Rusiyanı Nadejda Savçenkonun qanunsuz həbsinə son qoymağa çağırıb.

“Mən Ukrayna vətəndaşı Nadya Savçenkonun Rusiyada qanunsuz həbsdə saxlanılmasına etiraz əlaməti olaraq quru aclıq elan etməsi xəbərindən çox narahatam. Böyük Britaniya hökuməti dəfələrlə Rusiya hökumətini onun qanunsuz həbsinə son qoymağa çağırıb”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, quru aclıq Savçenkonun həyatına ciddi təhlükə yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR