Məktəbli qız dəm qazından boğulub

Məktəbli qız dəm qazından boğulub
# 06 fevral 2016 10:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağdamda yeniyetmə qız dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Kənd sakini, 15 yaşlı Məlahət Bəxtiyar qızı Mirzəzadə yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. M. Mirzəzadə orta məktəb şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR